Norveçli səyyahlar Ağdamda olublar - FOTO

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu - “Vagaclub”un 30 nəfərlik heyətinin Ağdama səfəri başa çatıb.

Aznews.az xəbər verir ki, səyyahlar Ağdamda Ermənistan tərəfindən işğal dövründə dağıdılmış yaşayış binalarına, mülki obyektlərə, dini və mədəni abidələrə baxış keçiriblər. Bildirilib ki, Ermənistanın işğalına qədər Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində indi talan edilərək viranəyə çevrilmiş xarabalıqlar qalıb. Səyyahlar Ağdam Cümə məscidi, Çörək muzeyi, Dram Teatrının qalıqlarının olduğu ərazidə olublar.

Sonda səyyahlar Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Onlara məlumat verilib ki, burada Birinci Qarabağ müharibəsində şəhid olanlar, o cümlədən Xocalı soyqırımında öldürülən şəhər sakinlərinin bir hissəsi dəfn edilib. Ağdamda hər şeyi məhv edən erməni vandalları Şəhidlər xiyabanındakı qəbirləri də qazaraq dağıdıblar.

Bununla da səyyahların Ağdama səfəri başa çatıb.

image description image description image description image description image description