17:50
(077) 610-22-33

Barselonada qanlı terror - 13 nəfər ölüb, 56 nəfər yaralanıb (Foto + Video)

  • >
5 468 17 Avqust 2017 22:10 | Dünya

İspaniyanın Barselona şəhərində furqon kütlənin üzərinə sürülüb və kioska çırpılıb.

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, hadisə şahidlərinin özlrinə görə sürücü daha çox piyadanı öldürmək üçün furqonu 80 m ziqzaq formasında sürüb.

Nəticədə 13 nəfər ölüb, 56 nəfər yaralanıb.

Furqonun sürücüsünün şəxsiyyəti də məlum olub. Drisse Oukabire adlı bu şəxs furqonu kirayəyə götürüb. O, daha əvvəl Fransanın cənubunda yaşayıb.

Hazırda əraziyə yaxın olan metro qapadılıb. Taksi sürücüləri insanları pulsuz daşıyır.

Polis əhaliyə terror aktının baş verdiyi ərazidən uzaq gəzməyə çağırış edib.

***

AzNews.az Ria Novosti-yə istinadən xəbər verir ki, polis şəhərin mərkəzində, şəhərin "turistik ürəyi" adlanan ərazidə, Rambla küçəsində baş verən insidenti terror aktı hesab edir.

Furqonu kütləyə sürdükdən sonra iki silahlı şəxs restorana daxil olub və atəş açmağa başlayıb. Onlar piyadaları girov kimi saxlayıblar. Sürücü ərazidən uzaqlaşmağı bacarıb. Polis girovların azad edilməsinə nail olub.

Nəticədə 2 nəfər ölüb, 20 nəfər yaralanıb.

Ərazi polislər tərəfindən qapadılıv və araşdırma aparılır.

image description image description image description image description image description image description
Bağla X