10:16
(077) 610-22-33

“Mançester Yunayted“dən rekord pul təklifi

  • >
948 18 Avqust 2014 13:26 | İdman

İngiltərənin "Mançester Yunayted" klubu Anxel Di Mariya üçün rekord büdcə hazırlayıb.


anspress-in məlumatına görə, bu barədə İngiltərənin nüfuzlu nəşrləri iddia edir. Məlumata görə, İngiltərə Premyer Liqaya "Suonsi Siti" məğlubiyyəti ilə başlayan "Qırmızı şeytanlar"da transfer işləri sürətlənib.

"Mançester Yunayted"də ilk və ən əhəmiyyətli hədəf "Real Madrid"dən Anxel Di Mariyadır. Yaz mövsümünün əvvəlindən bəri argentinalı oyunçunu düşərgəsinə qatmaq istəyən klub Mariya üçün 100 milyon funt sterlinqlik büdcə ayırıb.

Toni Kroos və Ceyms Rodriqesi transfer edən "Kral klubu"unun heyətində isə Di Mariyanın forma şansı xeyli azalıb. Bunu görən "Mançester Yunayted" futbolçuya həftəlik 200 min funt sterlinq maaş təklif edib.

Futbolçunun transferi üçün 50 milyon funt sterlinq ayıran komanda ümumilikdə 100 milyonluq büdcə xərcləməyə hazırdır.

AzNews.az
Bağla X