00:44
(077) 610-22-33

Qara kürü ölkəmizə haradan gətirilir?

  • >
619 5 Dekabr 2012 10:15 | İqtisadiyyat

2011-2012-ci illərdə Xəzəryanı ölkələrdə nərə ovuna icazə verilməyib



Xəzər dənizinin Su Bioresursları Komissiyasının bu ilin sonuna planlaşdıran iclası təxirə salınıb. Səbəb komissiyanın iclasında iştirak edəcək bəzi ölkələrin toplantıya qatıla bilməyəcəyidir.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin direktor müavini Qabil Məmmədov AzNews.az-a açıqlamasında bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, iclasda müzakirə olunacaq məsələlərdən biri də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən sammitində Xəzər dənizində nərəkimilərin sənaye ovuna moratorium qoyulması barədə bəyannamənin icrası ilə bağlı olacaq: "Nərəkimilərin sənaye ovuna moratorium tətbiq edilməsinin mexanizmini özündə əks etdirən, Rusiya və Türkmənistan tərəfindən təqdim olunan Saziş layihələri iclasda müzakirəyə çıxarılacaq. 2011-2012-ci illərdə nərə cinsli balıqların ovuna bütün Xəzəryanı dövlətlər tərəfindən icazə verilməyib".

Q.Məmmədov hazırda ticarət şəbəkələrində satılan qara kürünün əsas hissəsinin idxal məhsulu olduğunu vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az
Bağla X