01:32
(077) 610-22-33

Əsəd özünə sığınacaq axtarır – SON

  • >
845 11 May 2013 07:48 | Region

ONUN 4 ÖLKƏ İLƏ DANIŞIQLAR APARDIĞI MƏLUM OLUB




Suriyada qarşıdurmaların davam etdiyi bir vaxtda dövlət başçısı Bəşər Əsədin ölkəni tərk etmək üçün bəzi ölkələrə müraciət etdiyi məlum olub. Bu məlumatlar arasında Əsma Əsədin də ölkədən getdiyi iddia edilir.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın NBC telekanalına Əsma Əsədin ölkədən qaçması haqqında məlumatların olduğunu bildirməsi diqqəti Ankaraya qədər gəlib çıxan kəşfiyyat məlumatlarına yönəldib.

Məlumatlar Ərdoğana on beş gün əvvəl təqdim edilib. Burada Əsədin həyat yoldaşı Əsma Əsədin öz uşaqları ilə birgə Suriyanı tərk etdiyi bildirilir.

Baş nazirliyə Əsəd ailəsi ilə bağlı verilən digər ilginc məlumat isə Əsədin də ölkəni tərk etmək üçün digər ölkələrlə apardığı danışıqlar olub. Hazırda Şamda sığınan Əsədin əgər müxalif qüvvələr daha böyük qarşıdurmalar yaradarsa, son çarə olaraq üçüncü bir ölkəyə getməyi planlaşdırdığı bildirilir.

Əsədin bununla bağlı artıq dörd ölkə ilə danışıqlar apardığı sübuta yetirilib. Ancaq mənbələr Əsədin danışıqlar apardığı bu ölkələrin adlarını açıqlamırlar. Qeyd edək ki, artıq Əsədin tərəfdarları qarşıdurmalarda kimyəvi silahlarından istifadə etdikləri 90 faiz öz təsdiqini tapıb. Türkiyənin Baş nazirliyinin əldə etdiyi məlumatlarda onların risin qazından istifadə etdikləri barədə faktlar da əldə edilib.

Xəyalə Məmmədova
AzNews.az
Bağla X