02:27
(077) 610-22-33

Əli Həsənov kimləri xəyanətdə suçladı?

  • >
299 16 Fevral 2013 14:00 | Siyasət

“Yazıçılarımız, şairlərimiz, QHT-lərimiz, jurnalistlərimiz, siyasi partiyalarımızın əli ilə Azərbaycana zərbə vurmaq istəyənlər var”




"Qarşıdan taleyüklü seçkilər gəlir". APA-nın məlumatına görə, bunu Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayındakı çıxışı zamanı Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

O, Azərbaycanın mühüm bir dövrə qədəm qoyduğunu bildirib: "Azərbaycan cəmiyyəti və dövləti özünün elə bir dövrünə - mərhələsinə qədəm qoyub ki, dünyanın ən inkişaf etmiş dövlətləri ilə bir sırada dayanırıq. Amma dövlətimizi dünyada hamı istəmir, rəqiblərimiz, inkişafımızı gözü götürməyənlər, Azərbaycanın sabit və dinamik inkişafından üzülənlər var. Bu sıraya bəzi qonşu dövlətlər, dairələr də daxildir. Ona görə də bu gün Azərbaycana həm mənəvi zərər vurmaq istəyən, öz yazıçılarımızın, şairlərimizin, qeyri-hökumət təşkilatlarımızın, jurnalistlərimizin, siyasi partiyalarımızın əli ilə Azərbaycana zərbə vurmaq istəyənlər var".

Ə. Həsənov qeyd edib ki, daxildə də Azərbaycanın inkişafını dayandırmaq istəyən qüvvələr mövcuddur: "Azərbaycan on milyonluq əhalisi ilə bölgədə müstəqil siyasət yeridən dövlətə çevrilib. Prezident İlham Əliyev müstəqil geosiyasi siyasət ortaya qoyur, Azərbaycanın maraqlarına xidmət etməyən heç bir məsələ ilə razılaşmır. Belə bir mərhələdə ölkə daxilində qarşıdurma yaratmaq istəyənlər var və onların qarşısını yalnız ağsaqqallar ala bilər. Əminəm ki, qarşıdan gələn siyasi fəallıq dövründə Ağsaqqallar Şurası bütün proseslərin başında dayanacaq. Qoy, cəmiyyət Sizdən nümunə götürsün, fikirlərinizlə idarə olunsun. Dövləti idarə etmək, yönəltmək, neqativ insanları cəmiyyəti idarə etməkdən sıxışdırıb kənarlaşdırmalıyıq".

AzNews.az
Bağla X