06:21
(077) 610-22-33

“İsa Qəmbər həssas siyasi məqamın “ipini” buraxmaz”

  • >
463 6 Dekabr 2013 12:00 | Siyasət

"Müsavat Partiyası Demokratik Qüvvələrin Milli Şurasından çıxmayacaq".


Bunu AzNew.az-a açıqlamasında Azərbaycan Milliyyətçi Demokrat Partiyasının (AMDP) sədri, Milli Şuranın və İctimai Palatanın Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlı deyib.

Onun sözlərinə görə, Müsavat Partiyasının başqanı İsa Qəmbər təcrübəli siyasətçidir. Müsavat Partiyası ilə yaşana biləcək narahat siyasi gündəm keçicidir:

"Yaxınlaşan həssas siyasi məqamın "ipini" İsa bəy ziddiyyətlər səbəbindən buraxmaz. Yenə təkrar edirəm ki, İsa Qəmbər, Əli Kərimli və Cəmil Həsənli bu narahatlığı keçə biləcək gücdədilər. Əsas odur ki, müxalifətdə milli mənafe naminə güzəştə getmək ənənəsi var".

Bahar Rüstəmli
AzNews.az
Bağla X