13:48
(077) 610-22-33

Baş nazirin dili dolaşdı – Video

  • >
4 157 10 Oktyabr 2017 13:50 | Video

Türkiyənin baş naziri Binəli Yıldırımın partiya iclasında çıxışı zamanı dili dolaşıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, nazir “kolaylaştırdıysak” (asanlaşdırdıqsa) sözünü tələffüz etməkdə çətinlik çəkib.

O, sözü deyə bilmək üçün bir neçə dəfə cəhd etsə də, cəhdləri uğursuz alınıb. Nazir yaranmış vəziyyəti “Ay səni, mühərrik ilişdi” – deyə şərh edib.

Ədalət və İnkişaf Partiyasının gənc üzvləri “Bir şarkısın sən” mahnısını ifa edərək nazirə dəstək olmağa çalışıblar. Binəli Yıldırım, nəhayət, fikrini cəmləyərək ifadəsini tamamlaya bilib.


Bəxtiyar Abbasov

AzNews.az

Bağla X