“Çölçü“ festivala dəvət aldı


Rejissor Şamil Əliyevin "Çölçü" filmi daha bir festivala dəvət alıb.

AzNews.az xəbər verir ki, sözügedən film bu dəfə Banqladeşin paytaxtı Dəkkə şəhərində keçiriləcək beynəlxalq kinofestivalda nümayiş olunacaq.

Yanvarın 10-dan 18-dək davam edəcək festivalda "Çölçü" ilə yanaşı rejissor Fariz Əhmədovun "Əriyən ada" adlı filmi də təmsil olunacaq.

Qeyd edək ki, "Əriyən ada" filminin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimovdur.

Bahar Rüstəmli
AzNews.az