- Hadisə
- 9 Yanvar 2024 12:26
- 4 412
“Prezidentlə xanımı hadisəni nəzarətə götürüb” - Kamran Əliyev
“Prezident İlham Əliyev və Birinci vitse-pezident Mehriban Əliyeva Respublika Perinatal Mərkəzində baş verən yanğın hadisəsini nəzarətə götürüb”.
AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu hadisə yerinə gələn baş prokuror Kamran Əliyev deyib.
O əlavə edib ki, hadisə ölkə rəhbərliyinin nəzarətindədir. Faktla bağlı cinayət işi başlanıb.
Xatırladaq ki, bu gecə Respublika Perinatal Mərkəzində yanğın baş verib. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub.