- Hadisə
- 17:01
- 1 583
Kafedə iki nəfər bıçaqlanıb

Goranboyda iki nəfəri bıçaqlayan şəxs tutulub.
Aznews.az xəbər verir ki, Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Vüsal Sarıyev saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
TƏBİB-dən bildirilib ki, mayın 24-də xəsarət alması səbəbi ilə iki nəfər (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub: "Onlara sol boyun nahiyəsinin kəsilmiş yarası və kürək və bel nahiyəsinin kəsilmiş yaraları diaqnozu təyin edilib. Pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar".