- Üçüncü sektor
- 10:14
- 1 628
Azərbaycanda meyvə şirəsi istehsalı cüzi azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 1 milyon 451,2 min dekalitr meyvə şirəsi istehsal edilib.
Aznews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,3 % azdır.
Bundan başqa, hesabat dövrünə Azərbaycanda 54 min 272,4 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, 1 il əvvələ nisbətən 9,3 % çoxdur.
Mayın 1-nə ölkədə 712,6 min dekalitr meyvə şirəsi ehtiyatı, 18 min 075 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 5,8 % və 15,1 % çoxdur.
Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur