Bakıda minik və yük avtomobilləri toqquşub, 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb – YENİLƏNİB-2

TƏBİB Bakıda baş verən avtoqəza ilə bağlı məlumat yayıb.

Aznews.az xəbər verir ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 2025-ci il iyunun 7-də saat 13:50 radələrində Nərimanov rayonu, Böyükşor gölü ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub.

Çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hadisə yerində 3 kişinin həkiməqədər ölüm faktı qeydə alınıb. Xəsarət alan 68 yaşlı kişi isə müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

15:09

Bakının Sabunçu rayonunda, Böyükşor gölü yaxınlığında baş verən avtoqəzada 3 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Aznews.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumata görə, "Mercedes" markalı yük maşını ilə "Volkswagen" markalı minik avtomobili toqquşub.

Faktla bağlı araşdırma aparılır.

14:22

Bakıda, Böyükşor gölü yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Aznews.az-ın məlumatına görə, minik və yük avtomobilləri toqquşub.

Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Əraziyə polis əməkdaşları və təcili tibbi yardım avtomobilləri cəlb olunub.