- Hadisə
- 16 İyul 17:13
- 1 781
Ermənistanın Baş naziri: Azərbaycan Prezidenti ilə Əbu-Dabidəki görüş müsbət nəticələr verə bilər

Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidəki görüş müsbət məcrada keçib.
"Report"un erməni KİV-lərinə istinadən məlumatına görə, bunu mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
"Əbu-Dabi tərəflərin görüş və danışıqlar barədə əvvəlcədən razılığa gəldikləri ilk görüş oldu", - o bildirib.
N.Paşinyan qeyd edib ki, Azərbaycan Prezidenti ilə söhbətin müsbət nəticələri ola bilər, lakin o, hələlik hansı nəticələr olduğunu açıqlamayacaq: "Müzakirə çox faydalı oldu, ümid edirəm ki, biz bu formatda söhbəti davam etdirəcəyik".
Qeyd edək ki, iyulun 10-da Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib. Azərbaycan Xarici İşlər Nazirliyi görüşdə Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektlərinin müzakirə olunduğunu bildirib.
AzNews.az