- Hadisə
- 17 Avqust 22:42
- 1 740
Tovuz sakini qonşusunu avtomobillə vuraraq öldürüb

Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Aznews.az" xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.
Ramal Mürşüdov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Faktla bağlı araşdırma aparılır.