- Hadisə
- 13:25
- 1 003
Bakıda Heydər Əliyevlə bağlı beynəlxalq konfrans keçirilib
Bakıda "Heydər Əliyev – suveren Azərbaycanın konstitusionalizminin və parlamentarizminin banisi" mövzusunda beynəlxalq konfrans keçirilib.
Aznews.az xəbər verir ki, Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialının təşkilatçılığı ilə keçirilən tədbir "Konstitusiya və Suverenlik İli"nə həsr edilib.
Konfransda Milli Məclisin deputatları və Aparatının nümayəndələri, MDB-nin bir sıra üzv dövlətlərinin parlament nümayəndə heyətləri, MDB PA Şurası Katibliyinin rəhbər heyəti, Azərbaycandakı bəzi səfirliklərin nümayəndələri, həmçinin beynəlxalq təşkilatların, Mərkəzi Seçki Komissiyasının, müxtəlif nazirlik və dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Konfrans iştirakçıları Azərbaycan Konstitusiyasının ölkənin hüquq yaradıcılığı sistemində əsas hüquqi baza rolunu oynadığını, eləcə də Ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələrinin banisi kimi tarixi rolunu xüsusilə vurğulayıblar.
Aznews.az