- Hadisə
- 31 Dekabr 2025 19:11
- 4 360
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
Abşeronda 34 yaşlı kişi dəm qazından boğularaq ölüb.
Aznews.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Anar Məmmədov yaşadığı evin hamam otağında dəm qazından boğulub.
Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.