- Göz önü
- 14:29
- 1 548
Sərsəng su anbarında yenidənqurma işləri başlanacaq
"Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək".
AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.

O bildirib ki, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur:
"2022-23-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib. Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq".