- Hadisə
- 9 Yanvar 11:21
- 2 143
Sumqayıtda partlayış - Xəsarət alan var
Hacı Zeynalabdin qəsəbəsində zavodda baş verən partlayış zamanı xəsarət alan fəhlənin vəziyyəti açıqlanıb.
32 yaşlı kişi zavodda yanıq xəsarəti alıb.
Hadisə yanvarın 9-da H.Z.Tağıyev qəsəbəsinin ərazisində yerləşən “Karbomid” zavodunda baş verib.
1994-cü il təvəllüdlü Elməddin Qurbanov iş görərkən borunun partlaması nəticəsində termiki yanıq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilmiş E.Qurbanovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Yanvarın 9-da saat 00:10 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına 1994-cü il təvəllüdlü şəxs (kişi) hospitalizasiya olunub.
Sumqayıt Tibb Mərkəzindən verilən məlumata görə, göz almasının dağılımına və tamlığının pozulmasına gətirib çıxaran termiki yanıq diaqnozu təyin edilən pasiyentə Təcili tibbi yardım şöbəsində ilkin tibbi xidmət göstərilib. Daha ixtisaslı tibbi xidmət almaq üçün Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunub.
Araşdırma aparılır.
Aznews.az