- Hadisə
- 9 Yanvar 14:59
- 1 104
Sumqayıtda 700 abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 700 abonentin qaz təchizatında fasilə olacaq.
Aznews.az xəbər verir ki, bu gün şəhərin 52-ci məhəlləsində diametri 108 mm və 76 mm olan qaz xətlərində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.
Bu səbəbdən, həmin ərazidə 700 abonentin qaz təchizatı saat 15:00-dan etibarən müvəqqəti dayandırılacaq.
Qaz təchizatı işlər başa çatdıqdan sonra mərhələli şəkildə bərpa ediləcək.