- Hadisə
- 10 Yanvar 10:13
- 2 700
Çaydan qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olundu
Balakəndə çaydan qanunsuz qum-çınqıl daşıyanlar məsuliyyətə cəlb olunub.
Bu barədə Aznews.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə, o cümlədən qeyri-qanuni qum-çınqıl daşınmasının aşkarlanması və qarşısının alınması istiqamətində tədbirlər keçirilib.
Tədbirlərlə Balakənçay çayında qeyri-qanuni qum-çınqıl daşınmasını və satışını həyata keçirən 3 nəfər müəyyən olunub. Onlarla profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti dövlət qurumuna göndərilib.
Aznews.az