Oğuzda QƏZA: Yaralananların kimliyi məlum olub - FOTO

Oğuz rayonunda yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var.

Hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Kərimli kəndindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, hərəkətdə olan "Mercedes Vito" markalı yük avtomobili ilə "KİA" markalı minik avtomobili toqquşub. Qəza zamanı qəza zamanı üç nəfər x müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib.

“KİA”da olanlar Oğuz rayon sakinləri 1967-ci il təvəllüdlü İlqar Səfər oğlu Abışov və 1978-ci il təvəllüdlü Mətanət İkram qızı Ustakişiyeva.

“Mercedes Vito”nun sürücüsü Ayxan Qəzənfər oğlu Nəsibovdu.

Faktla bağlı araşdırma aparılır.

Aznews.az

image description image description