- Hadisə
- 11:27
- 1 367
Rəsmi Roma: İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır
İtaliya Azərbaycana etibarlı tərəfdaş kimi baxır.
Aznews.az xəbər verir ki, bunu İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli Bakıda Azərbaycan-İtaliya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclasında deyib.
“Azərbaycan bizim üçün özünü ilk növbədə neft-qaz təchizatçısı kimi özünü göstərir. Enerji məsələsi əlaqələrimizdə çox mühüm yer tutur. Biz həm də özümüzü mədəni sahədə də xalq olaraq Azərbaycana yaxın bilirik”, - Çirielli qeyd edib.
Nazir müavini deyib ki, İtaliya Azərbaycanın enerji mənbələrini diversifikasiyası ilə bağlı səylərini dəstəkləyir. O əlavə edib ki, ölkəsi Azərbaycana bu sahədə müəyyən məsləhətlər verməyə hazırdır.
Çirielli Azərbaycanın COP29-a yüksək səviyyədə ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Aznews.az