Dəm qazından daha bir sakin öldü

Daşkəsən sakini Gəncədə dəm qazından boğularaq ölüb.

Aznews.az xəbər verir ki, Daşkəsən rayon sakini 1991-ci il təvəllüdlü M.Ələsgərov Gəncədə yaşadığı evin hamamında dəm qazından zəhərlənib. 35 yaşlı kişi xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olamayıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Aznews.az