49 yaşlı kişi su kanalına düşərək öldü

Tovuzda 1976-cı il təvəllüdlü Ç.Axundov yaşadığı Aşağı Öysüzlü kəndindəki su kanalına düşüb.

Aznews.az xəbər verir ki, 49 yaşlı kişi hadisə yerində həyatını itirib.

Məlumata görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Aznews.az