Xətaidə evlərdən oğurluq edən şəxs saxlanılıb

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Aznews.az xəbər verir ki, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B.Bayramov saxlanılıb. Ondan həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.