- Hadisə
- 19:08
- 1 068
Bakıda ofisdən oğurluq edənlər saxlanılıb
Nizami rayonunda yerləşən ofislərin birindən noutbuk, kompüter və digər elektrik avadanlıqları, Nəsimi rayonunda isə velosiped oğurlanması barədə polisə məlumat daxil olub.
Aznews.az xəbər verir ki, Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən E.Əzimov və G.Səfərov müəyyən edilərək saxlanılıblar.
Araşdırmalar davam etdirilir.