- Hadisə
- 17:32
- 1 043
Vüqar Qurbanov vətəndaşları qəbul edib
TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov vətəndaşları qəbul edib.
Aznews.az xəbər verir ki, Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbulda müayinə, müalicə, işlə təminolunma, əməkhaqqı və digər mövzuları əhatə edən müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub.
Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.