- Hadisə
- 09:45
- 1 747
Bakıda motosikletlə minik avtomobili toqquşdu, ölən var
Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi ilə Fətəli xan Xoyski küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
1994-cü il təvəllüdlü Tural Şəfizadə idarə etdiyi “Renault Megane” markalı avtomobil ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkətdə olan 2007-ci il təvəllüdlü Ramal Səfərlinin idarə etdiyi “İhondza FX32” markalı motosiklet ilə toqquşub.
Hadisə nəticəsində Ramal Səfərli ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
Aznews.az