- Hadisə
- 15:54
- 1 446
Bakı və Sumqayıtda silsilə oğurluq edənlər saxlanıldı
Paytaxtın Sabunçu rayonunda evlərdən silsilə oğurluqlar edilib. Zərərçəkənlər polisə müraciət edərək mənzillərindən qızıl-zinət əşyaları və mobil telefonlarının talandığını bildiriblər.
Aznews.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş F.Bağırov müəyyən edilərək saxlanılıb.
Sumqayıtda isə müxtəlif markalı nəqliyyat vasitələrindən maqnitofon və səs gücləndirici oğurlamaqda şübhəli bilinən Ə.Babaşov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Aznews.az