71 yaşlı kişi dəm qazından boğularaq öldü

Sumqayıtda 71 yaşlı kişi dəm qazından boğularaq ölüb.

Aznews.az xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Məlumata görə, 1955-ci il təvəllüdlü Albaxış Qardaşbək oğlu Baxışev yaşadığı ünvanda dəm qazından boğularaq həyatını itirib.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Aznews.az