- Hadisə
- 10:17
- 639
ABŞ səfirliyi: Xocalını yad edən Azərbaycan xalqına qoşuluruq
“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”.
Aznews.az xəbər verir ki, bu, ABŞ-ın Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımında qeyd edilib.
“ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”, - səfirlikdən bildirilib.