- Hadisə
- 16:02
- 1 352
Sumqayıtda 8 aylıq hamilə xəstəxanada ölüb
Sumqayıt Tibb Mərkəzi 8 aylıq hamilənin xəstəxanada ölməsi ilə bağlı məlumat yayıb.
Aznews.az xəbər verir ki, fevralın 26-sı saat 02:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1996-cı il təvəllüdlü qadın hospitalizasiya olunub.
Pasiyentə naməlum mənşəli komatoz vəziyyət, aqonal hal diaqnozları təyin edilib və zəruri tibbi yardım göstərilib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun saat 02:30 radələrində bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Ölümün dəqiq səbəbləri təşrihin nəticələrindən sonra məlum olacaq.