BP-yə yeni vitse-prezident təyin olundu

Nadir İmanov 1 aprel 2026-cı il tarixindən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üçün maliyyə məsələləri üzrə vitse-prezidenti vəzifəsinə təyin edilib. O hazırda şirkətin Yaxın Şərq və Şimali Afrikada maliyyə üzrə vitse-prezidentidir.

BP-dən verilən məlumata görə, yeni vəzifəsində Nadir İmanov BP-nin AGT regionu üzrə maliyyə məsələlərinin idarə edilməsinə cavabdeh olacaq. O, BP-nin London ofisindəki hasilat və əməliyyatlar sahəsində maliyyə məsələləri üzrə baş vitse-prezidentinin rəhbərliyi altında çalışacaq.

N. İmanov bu vəzifədə AGT regionunda maliyyə məsələləri üzrə hazırkı vitse-prezident Kolin Allanı əvəz edəcək. Kolin Allan isə 1 aprel tarixindən Birləşmiş Krallığa qayıdacaq.

Bu vəzifədə N.İmanov BP-nin Azərbaycanda yerli vətəndaş olan yeddinci vitse-prezidenti kimi AGT üzrə regional rəhbər heyətin üzvü olacaq.

Qeyd olunub ki, N.İmanov 30 ildən artıq planlaşdırma və kommersiya sahəsində təcrübəsi var və əksərən də BP əməkdaşı kimi Azərbaycan, Türkiyə, Misir və Omanda çalışmaqla həmin ölkələrdə böyük komandalara və iri biznes sahələrinə rəhbərlik edib.

Aznews.az

image description