- Hadisə
- 16:21
- 2 394
Bakıda binada partlayış: Ölən və xəsarət alanlar var
Bakıda binada partlayış olub.
Aznews.az xəbər verir ki, hadisə Nəsimi rayonu 4-cü mikrorayon ərazisində baş verib.
TƏBİB-dən bildirilib ki, bu gün saat 14:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisindən çağırış qeydə alınıb.
Qeyd edilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub: "Təcili tibbi yardım briqadası tərəfindən 34 yaşlı şəxsin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb. Hadisə nəticəsində daha iki nəfərə - 40 yaşlı (kişi) və 29 yaşlı (qadın) şəxsə yerində tibbi yardım olunub".