Culfada yanğında xəsarət alan azyaşlı öldü - Anasının müalicəsi davam edir - YENİLƏNİB

Bu gün Culfa şəhərində baş verən yanğın zamanı xəsarət alan 2023-cü il təvəllüdlü Zeynalov Emil Cəfər oğlu ölüb.

AzNews.az xəbər verir ki, azyaşlının anası 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızının müalicəsi davam etdirilir (APA).

***

Culfa şəhərində yaşayış binasında yanğın olub.

AzNews.az xəbər verir ki, hadisə şəhərdəki 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə FHN-in qüvvələri cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2004-cü il təvəllüdlü Fidan Zeynalova və onun 2023-cü il təvəllüdlü övladı xəsarət alıb. Onlar əvvəlcə Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır (APA).