Beyləqanda ağır qəza - 3 nəfər xəsarət aldı

Beyləqan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Hacıqabul–Bəhrəmtəpə–Mincivan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, “Toyota” və “Renault” markalı minik avtomobillərinin toqquşması nəticəsində qəza baş verib.

Nəticədə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo