- Toplum
- 00:31
- 1 573
Paytaxtın bu rayonlarında qaz olmayacaq
Bu gün Bakının Sabunçu, Suraxanı və Səbail rayonlarının bəzi hissələrində qaz təchizatı dayandırılacaq.
Bu barədə AzNews.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 12-də saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun G. Dmitrov, L. Tolstoy, D. Bünyadzadə, Ə. Qarayev, Deputat küçələrinin və Əlillər evinin, Suraxanı və Səbail rayonlarının MİDA yaşayış komplekslərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.