Gürcüstanda 10 faiz səs həddini keçmiş prezidentliyə namizədlər bir milyon lari alacaqlar. Gürcüstanda 10 faiz səs həddini keçmiş prezidentliyə namizədlər bir milyon lari alacaqlar.

Onlara bir milyon lari veriləcək

Gürcüstanda 10 faiz səs həddini keçmiş prezidentliyə namizədlər bir milyon lari alacaqlar.

Noyabrın 28-də Gürcüstanda keçirilmiş prezident seçkilərinin ikinci turunda qalib gəlmiş namizəd Salome Zurabişvili, “Milli Hərəkat” və “Avropa Gürcüstanı” partiyalarının namizədlərinin hər biri dövlət büdcəsindən 1 (bir) milyon lari (təqribən 370 min dollar) məbləğində vəsait alacaqlar.

Onlar bu pulu Gürcüstan Seçki Məcəlləsinin 54-cü maddəsinə əsasən əldə edəcəklər. Həmin maddəyə görə, prezident seçkilərinin birinci turunda 10 faiz səs həddini keçmiş hər bir müstəqil namizəd və seçici subyekti alır.

Prezident seçkilərinin oktyabrın 28-də keçirilmiş birinci turunda müstəqil namizəd 38,64 faiz, “Vahid Milli Hərəkat” partiyasının namizədi Qriqol Vaşadze 27,74 faiz, “Avropa Gürcüstanı” partiyasının namizədi David Bakradze isə 10,97 faiz səs toplayıblar.(AZƏRTAC)

© AzNews.az