- Ermənistan və Gürcüstan
- 18 Yanvar 2019 13:03
- 2 758
Zurabişvili ilk rəsmi səfərini Brüsselə edəcək

Zurabişvilinin Brüsselə səfəri yanvarın 23-də başa çatacaq.
Gürcüstan Prezidenti Salome Zurabişvili dövlət başçısı vəzifəsində ilk rəsmi səfərini Brüsselə edəcək.
Yanvarın 21-də başlayacaq səfər çərçivəsində onun Avropa İttifaqı və NATO-nun yüksək səviyyəli rəsmi şəxsləri ilə görüşləri planlaşdırılıb.
S.Zurabişvilinin Brüsselə səfəri yanvarın 23-də başa çatacaq.(report.az)
© AzNews.az