“Real tarix” Milli Kitabxananın elektron kataloqunda - 11 dildə

“Real tarix və “böyük Ermənistan” uydurması” kitabının onlayn versiyası 11 dildə - Azərbaycan, türk, rus, ingilis, gürcü, ərəb, fars, alman, ispan, fransız və ibri dillərində Milli Kitabxananın elektron kataloqunda yerləşdirilib.

Əsərin müəllifi Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Yaqub Mahmudovdur.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir.

Aznews.az

image description image description image description