- Türkiyə
- 17:06
- 1 209
Türkiyə Prezidenti: “Azərbaycan-Ermənistan sülh danışıqlarını diqqətlə izləyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Əl-Nəhyanla telefon danışığı aparıb.
Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
Türkiyə lideri telefon danışığı zamanı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarını Türkiyənin diqqətlə izlədiyini və Cənubi Qafqazda sabitliyin təmin olunmasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəklərini qeyd edib.