- Ermənistan və Gürcüstan
- 15 May 2019 09:25
- 2 061
İsfahanda qadınların velosiped sürməyi qadağan edildi
Qərara riayət etməyənləri cəza gözləyir
İranın İsfahan şəhərində qadınların ümumi məkanlarda velosiped sürməyi qadağan edilib.
Qərara riayət etməyənləri cəza gözləyir. Belə ki, şəhər mərkəzində velosiped sürən qadınlara əvvəlcə xəbərdarlıq ediləcək və velosipedləri əllərindən alınacaq. İkinci dəfə bu hal baş verərsə, qanunla cəzalandırılacaqlar.
Qeyd edək ki, bu qərar mollaların və bəzi vətəndaşların qadınların velosiped sürmələrinə etirazından sonra qəbul edilib.(qafqazinfo.az)
AzNews.az