- Ermənistan və Gürcüstan
- 22 Avqust 2019 23:30
- 3 495
İranda 13 alpinist dağda itkin düşüb
İranda 13 alpinist Çahar-Mahal və Bəxtiyari əyalətinin Kiyar şəhərinin Tənge Zendan bölgəsində dağda itkin düşüb
Bunu İranın Qırmızı Aypara Cəmiyyətinin Çahar-Mahal və Bəxtiyari əyaləti üzrə idarənin baş direktoru Seyid Əhməd Murtəzəvifərd deyib.
O bildirib ki, itkin düşən 13 nəfər alpinistin axtarışlarına başlanılıb: "Hazırda 3 axtarış komandası və bir helikopter bölgədə axtarış işləri aparır".
Qeyd edək ki, itkin düşən alpinistlər İranın İsfahan, Çahar-Mahal və Bəxtiyari əyalətlərindəndir. Onların kimliyi açıqlanmayıb. (APA)