- Ermənistan və Gürcüstan
- 15 Aprel 2021 17:28
- 7 214
Ermənistan prezidenti Gürcüstana yollandı
Armen Sarkisyan və Salome Zurabişvili birgə mətbuat konfransı da keçirəcək
Ermənistan Prezidenti Armen Sarkisyan Gürcüstana rəsmi səfər edib.
AzNews.az “Spuntik Gürcüstan”a istinadən xəbər verir ki, həyat yoldaşı Nune Sarkisyanla Tbilisiyə çatan Armen Sarkisyanı Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Gürcüstan Prezidentinin İcra Aparatının rəhbəri Natia Sulava və Gürcüstanın Ermənistandakı səfiri Georgi Saqanelidze qarşılayıblar.
Səfər çərçivəsində Ermənistan və Gürcüstan Prezidentləri arasında geniş tərkibdə üzbəüz görüş planlaşdırılır. Bundan sonra Armen Sarkisyan və Salome Zurabişvili birgə mətbuat konfransı keçirəcək.
Bundan əlavə, Sarkisyanın Gürcüstan parlamentinin sədri Arçil Talakvadze ilə də görüşü planlaşdırılır.
AzNews.az