- Ermənistan və Gürcüstan
- 12 May 2021 10:35
- 5 806
İranda prezidentliyə namizədlərin qeydiyyatı başladı
Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək
İranda gələn ay keçiriləcək prezident seçkisinə qatılacaq namizədlərin qeydiyyatı başlayıb.
AzNews.az xəbər verir ki, mayın 11-də başlanmış qeydiyyat prosesi 5 gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq.
Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçkinin iyunun 18-də keçirilməsi planlaşdırılıb.
Hazırkı prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan təkrar namizədliyini verə bilməz.