- Ermənistan və Gürcüstan
- 2 Dekabr 2022 12:36
- 7 502
Xameneinin qardaşı qızı xarici hökumətləri İran rejimi ilə əlaqələri kəsməyə çağırıb
İranın ali dini lideri Ayətullah Əli Xameneinin qardaşı qızı Fəridə Moradxani həbs olunduqdan iki gün sonra yayımladığı video bəyanatında xarici hökumətləri İran rejimi ilə əlaqələri kəsməyə çağırıb.
Aznews.az xəbər verir ki,İran rejiminə müxalif olan tanınmış hüquq müdafiəçisi Fəridə Moradxani qardaşı Mahmud Moradxaninin tvitinə görə çərşənbə günü məhkəmə qərarını yerinə yetirmək üçün prokurorluğa gedərkən həbs edilib.
Fəridə Moradxani iki gün sonra qardaşı tərəfindən paylaşılan video bəyanatında dünyadakı insanları öz hökumətlərini xalqı bürüyən etirazlar fonunda İran rejimi ilə əlaqələri kəsməyə çağırmağa və hökumətlərindən “bu rejimlə hər hansı əlaqəni dayandırmağa” çağırmağa səsləyib.
Mövsüm Şahsuvar