İranda Polisə silahlı hücum olub- Ölən var

Yarı rəsmi xəbər agentliyi Tesnim-ə danışan Sistan-Bəlucistan polis rəisi Məhəmməd Qənberi polisə hücumla bağlı məlumat verib.

Aznews.az xəbər verir ki,Qənberi "Dünən gecə Çabaharda İmam Xomeyni küçəsindəki Dake Böyük Bazarında iki yol polisi əməkdaşına hücum edildi. Polis məmurlarından Arif Huti həyatını itirdi, Bünyamin Fazili isə yaralandı" deyib.

Hələlik şəxsiyyəti müəyyən edilməmiş hücum edənlərin hadisə yerindən qaçdıqlarını qeyd edən Qənberi, hadisənin xüsusi komissiya tərəfindən araşdırılacağını qeyd edib.

Mövsüm