- Ermənistan və Gürcüstan
- 14 Dekabr 2022 13:46
- 6 939
İranlı deputat: "Ölüm hökmləri 5-10 gün ərzində icra olunmalıdır"
İran parlamentinin Tehran deputatı Mustafa Ağa Mirsəlim nümayişlərlə bağlı ilk 2 edamın hüquqi proses tamamlanmadan həyata keçirilməsi ilə bağlı tənqidlərə reaksiya verib.
Aznews.az xəbər verir ki, bu barədə “Etemadonline” xəbər saytının məlumat yayıb.
"Son hadisələrlə bağlı məhkəmə orqanlarının hərəkətlərini məqsədəuyğun hesab edirəm. Əslində, mənim fikrimcə, ölkədə asayişi pozanlara verilən ölüm hökmü həbs olunduqdan sonra 5-10 gün ərzində icra olunmalıdır. İranda məhkəmə mexanizmi bu qabiliyyətə malikdir”, - o deyib.
Mövsüm