İranın neft naziri infarkt keçirib

İranın neft naziri Cavad Ovci dünən (cümə axşamı) infarkt keçirib.

Aznews.az xəbər verir ki, bu barədə İRNA xəbər agentliyi məlumat yayıb.

Açıqlamada neft naziri Cavad Ovci işinin çox olması nəticəsində hökumətin iclasında infarkt keçirərək Tehranda dövlət xəstəxanasına aparıldığı bildirilib.

Qeyd edək ki, açıqlamada səhiyyə işçilərinin müdaxiləsi nəticəsində nazirin vəziyyətinin hazırda stabil olduğu bildirilib.

Mövsüm